İş adamının məhkəməsi olacaq - `MTN İŞİ`
20:42 23 Sentyabr 2016
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun vəkilləri həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsi, cinayət işinə xitam verilməsi və digər məsələlərlə bağlı vəsatətlər veriblər. Lakin məhkəmə vəsatətləri təmin etməyib. İş üzrə məhkəmənin baxış iclası sentyabrın 30-na təyin edilib.
Qeyd edək ki, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.
İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.
Femida.az
Oxunub: 1188
Oxşar xəbərlər
- İşsizlərə ŞAD XƏBƏR!
- İşsizlikdən sığorta ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ
- İşdən çıxarılan nazirin bacısının yerinə təyinat oldu
- İşçilər belə mükafatlandırılacaq - Şad xəbər
- İşsizlik müavinəti ləğv edildi
- İstanbulda torpaq sürüşdü
- İşsizlikdən sığorta fondu fəaliyyətə başlayır - Azərbaycanda ilk
- İsrail Qəzza zolağını atəşə tutub
- İŞİD kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürdü
- İşsizliyə görə müavinət ləğv edilir